Əlverişli coğrafi mövqeyə malik Azərbaycan bir sıra önəmli ticarət marşrutlarının kəsişməsində yerləşir. Ölkənin regionda tutduğu əlverişli geostrateji mövqeyi, zəngin təbii ehtiyatları və eləcə də inkişaf etmiş infrastrukturu daim xarici şirkətləri buraya cəlb edir. Belə ki, ticarət yük daşınmaları zamanı Azərbaycandan keçən nəqliyyat dəhlizləri üzrə hərəkət etməyi seçən şirkətlər Çin-Avropa dəniz marşrutu üzrə 70%, Hindistan-Avropa Şimal-Cənub marşrutu üzrə 60% vaxta qənaət etmiş olurlar.