ETİBARLI TİCARƏT TƏRƏFDAŞI

ETİBARLI TİCARƏT TƏRƏFDAŞI

2018-ci il üzrə ixrac gəlirlərinin ümumi dəyəri 19.5 milyard dollar, idxal gəlirlərinin ümumi dəyəri isə 11.5 milyard dollar təşkil etmişdir. İxrac üzrə Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya Respublikası, idxal sahəsində isə Rusiya Federasiyası olmuşdur. Türkiyə Respublikası həm ixrac, həm də idxal sənayesində ölkənin 2-ci ən böyük tərəfdaşı olaraq qalmaqdadır. İxrac məhsulları sırasında meyvə və tərəvəz, plastik məmulatlar, aliminium, pambıq və metallar üstünlük təşkil etdiyi halda, ölkəyə gətirilən məhsullar sırasında alətlər, ərzaq məhsulları, metal, nəqliyyat vasitələri çoxluq təşkil edir.

19.5 milyard $
İxrac gəlirlərinin ümumi dəyəri
İlk 5 ixrac bazarı (%)
İtaliya 30.2
Türkiyə 9.4
Israil 6.7
Çex Respublikası 4.8
Hindistan 4.2

İlk 5 qeyri-neft ixrac məhsulları(%)
Meyvə və tərəvəz 35
Plastik məmulatlar 7.3
Aliminium 7
Pambıq 6.5
Metal 5.3
2018
11.5 milyard $
İdxal gəlirlərinin ümumi dəyəri
İlk 5 idxal bazarı (%)
Rusiya 16.4
Türkiyə 13.8
Çin 10.4
Almaniya 5.8
ABŞ 4.6

İlk 5 idxal məhsulları(%)
Alətlər 22.6
Ərzaq məhsulları 12
Metal 10.5
Nəqliyyat 8.3
Plastik məmulatlar 3.2