Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?
Yetkinlik yaşına çatmış şəxslər üçün |
|
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
40 manat |
6 ayadək |
80 manat |
1 ilədək |
160 manat |
1 il 6 ayadək |
240 manat |
2 ilədək |
320 manat |
2 il 6 ayadək |
400 manat |
3 ilədək |
480 manat |
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
30 manat |
6 ayadək |
60 manat |
1 ilədək |
120 manat |
1 il 6 ayadək |
180 manat |
2 ilədək |
240 manat |
2 il 6 ayadək |
300 manat |
3 ilədək |
360 manat |
Azyaşlılar üçün |
|
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
25 manat |
6 ayadək |
50 manat |
1 ilədək |
100 manat |
1 il 6 ayadək |
150 manat |
2 ilədək |
200 manat |
2 il 6 ayadək |
250 manat |
3 ilədək |
300 manat |
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
15 manat |
6 ayadək |
30 manat |
1 ilədək |
60 manat |
1 il 6 ayadək |
90 manat |
2 ilədək |
120 manat |
2 il 6 ayadək |
150 manat |
3 ilədək |
180 manat |
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində |
|
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
1 ilədək |
60 manat |
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
120 manat |
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
1 ilədək |
40 manat |
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
80 manat |
İtirilmiş müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə hansı müddətə verilir?
Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Digər hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Müvəqqəti yaşamaq icazəsi üçün əsaslar hansılardır?
Sən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ala bilərsən, əgər:
● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın varsa;
●Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoymusansa;
● İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa;
● İnsan alverindən zərər çəkmiş şəxs hesab olunursansa;
● Cinayət təqibi orqanlarına yardım göstərirsənsə;
● Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb olunmusansa;
● Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssissənsə;
● Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşısansa;
● Dənizçisənsə;
● Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim və mühazirəçisənsə;
● İncəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançısansa;
● Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxssənsə.
● Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almısansa;
● Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, eləcə də texniki və ya ümumtəhsil müəssisələrində təhsil alırsansa;
● Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğulsansa;
● Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasların mövcuddursa.
Hansı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icazə almadan Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər?
Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
- Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
- diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
- beynəlxalq təşkilatlarda işləyənlərə;
- beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
- müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
- kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara (Mədənçıxarma sənayesi; Emal sənayesi; Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat; İnformasiya və rabitə; Maliyyə və sığorta; Təhsil; Nəqliyyat; Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi);
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
- dənizçilərə;
- ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
- incəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
- Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
- qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
- himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- İnsan alverindən zərər çəkmiş hesab edilən şəxslər;
- Cinayət təqibi orqanlarına yardım göstərən şəxslər.
İş icazəsi üçün nə qədər dövlət rüsumu tələb olunur?
Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği |
|
On iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
700 manat |
6 ayadək |
900 manat |
1 ilədək |
1400 manat |
On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
500 manat |
6 ayadək |
700 manat |
1 ilədək |
1200 manat |
İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
350 manat |
6 ayadək |
600 manat |
1 ilədək |
1000 manat |
Каковы основные требования для занятия оплачиваемой трудовой деятельностью иностранных граждан и лиц без гражданства в Азербайджанской Республике?
Основными условиями для занятия иностранными гражданами и лицами без гражданства оплачиваемой трудовой деятельностью в Азербайджанской Республике являются наличие вакантных мест, на которые не претендует гражданин Азербайджанской Республики, обладающий профессиональной подготовкой и квалификацией, соответствующими требованиям рабочего места, а также отсутствие возможности обеспечить органами службы занятости потребности работодателей в рабочей силе за счет местных трудовых резервов
Daimi yaşamaq üçün icazə ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?
Yetkinlik yaşına çatmış şəxslər üçün |
|
35 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
450 manat |
40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
400 manat |
50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
350 manat |
60 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
300 manat |
Azyaşlılar üçün |
|
35 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
300 manat |
40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
250 manat |
50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
200 manat |
60 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda |
150 manat |
İtirilmiş daimi yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Daimi yaşamaq icazəsi almaq üçün müraciət edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq komissiya tərəfindən keçirilən imtahanda hansı suallar verilir?
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən aşağıda qeyd olunmuş mövzulara dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bilikləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır:
● Azərbaycan Respublikasının dövlət dili;
● Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;
● Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;
● Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;
● Azərbaycan Respublikasının müasir tarixi və mədəniyyəti.
Ölkə ərazisində daimi yaşamaq üçün icazə hansı hallarda verilir?
Sən Azərbaycanda daimi yaşamaq üçün icazə ala bilərsən, əgər:
● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaitin varsa;
● İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa.
Müvəqqəti olma müddətinin uzadılması üçün nə qədər dövlət rüsumu tələb olunur?
Yetkinlik yaşına çatmış şəxslər üçün |
|
Bir iş günü müddətində verildikdə |
|
30 günədək |
50 manat |
60 günədək |
100 manat |
Üç iş günü müddətində verildikdə |
|
30 günədək |
30 manat |
60 günədək |
60 manat |
Azyaşlılar üçün |
|
Bir iş günü müddətində verildikdə |
|
30 günədək |
30 manat |
60 günədək |
60 manat |
Üç iş günü müddətində verildikdə |
|
30 günədək |
15 manat |
60 günədək |
30 manat |
İtirilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Azərbaycan Respublikasında müvəqqəti olma müddəti hansı hallarda uzadılır?
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
- xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
- tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;
- tranzit keçid zamanı avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);
- tranzit keçid zamanı Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır).
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı heç bir dövlət rüsumu tələb olunmur.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata düşməklə ölkəyə gəldikləri vaxtdan Azərbaycan ərazisində neçə gün qala bilərlər?
- Viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - vizada göstərilən qalma müddətinə;
- Viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - 90 gün qala bilərlər.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər neçə gün ərzində və hansı qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar?
Azərbaycan Respublikası ərazisində 15 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 15 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla, qeydiyyat@migration.gov.az elektron ünvan vasitəsilə), MigAz mobil tətbiqi vasitəsilə və ya regional miqrasiya idarələrinə, həmçinin "ASAN xidmət" mərkəzlərinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.
Azərbaycan Respublikasında olma, yaşama və ya əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən müvafiq sənədlərlə bağlı nə vaxt müraciət edilməlidir?
1. Müvəqqəti olma müddətinin uzadılması üçün
Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla) müraciət edilməlidir.
2. Müvəqqəti yaşamaq icazəsi üçün
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müraciət edilməlidir.
3. Daimi yaşamaq icazəsi üçün
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış müraciət edilməlidir.
4. İş icazəsi üçün
İşəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müraciət etməlidir.