Azərbaycanda təxminən 500 mehmanxana var, onlardan 150-si Bakı şəhərində yerlşir. Hotellərin qiymətləri mövsümündən və ulduz reytinqindən asılıdır. Bakıda hotel qiymətləri 40-50 manatdan (30 dollar) başlayır. İlk “hotel boom”u zamanı şəhərdə bir çox beşulduzlu və dördulduzlu mehmanxanalar tikilmişdir.
Hazırda, daha ucuz və az büdcəli turizmin inkişafı üçün şəraitin yaradılması xüsusi prioritetdir. Beləliklə, Bakıda və regionlarda ucuzqiymətli yaşayış yerlərinin açılması fəal şəkildə təşviq olunur. Turistlər çox ucuz qiymətlərə (10 manatdan başlayaraq) gecələməyə yerlər tapa bilərlər. Otaqlar və çarpayılar tur operatorlar vasitəsilə və yaxud hotellərdə yerindəcə sifariş edilə bilər. Hotel işçiləri müxtəlif dillərdə müştərilərə kömək etməyə hazırdırlar, lakin əsasən, mehmanxana işçiləri ingilis, rus, türk və ərəbcə danışa bilərlər. Otağın əvvəlcədən bronlaşdırılması tövsiyə olunur, çünki ölkəmizə turist axını yüksək olduğu üçün mehmanxanaların dolma səviyyəsi də yüksəkdir.