Dağ xizəkçiliyi istirahəti

Şuraabadda kaytsörfinq

Səmada aktiv istirahət

Kələğayı almaq

Xalça almaq

Lahıcda misgərlik təlimlərində iştirak etmək

Xam neft rəssamlığı ilə məşğul olmaq

Naftalan vannası qəbul etmək

Duzdağda müalicə almaq

Hamamlar

Aktiv istirahət

Balıq ovu

Ovçuluq

Atçılıq

Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər üçün Qusar və Qəbələ rayonlarının dağlıq əraziləri ideal fürsətdir. Buradakı beynəlxalq səviyyəli “Şahdağ”“Tufandağ” qış turizm komplekslərində mövsümə uyğun xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələri təqdim edilir.

Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər üçün Qusar və Qəbələ rayonlarının dağlıq əraziləri ideal fürsətdir. Buradakı beynəlxalq səviyyəli “Şahdağ”“Tufandağ” qış turizm komplekslərində mövsümə uyğun xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələri təqdim edilir.

Son zamanlar paraşütlə tullanma Azərbaycanda getdikcə məşhurlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, ”Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək.

Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları mövcuddur. Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.

Kələğayı zərif və nazik ipəkdən hazırlanmış dördbucaqlı formada olan Azərbaycan qadınlarının milli baş örtüyüdür. Bu baş örtüklərinin rəngi simvolik olaraq çox vaxt toy, yas mərasimləri, gündəlik fəaliyyət və müxtəlif həyat tədbirlərinə uyğun dəyişir.

Azərbaycan incəsənət xadimləri tərəfindən hazırlanan kələğayılar Böyük İpək Yolu dövründən məşhurdur. 2014-cü ildə “Ənənəvi incəsənət və kələğayı simvolikası, qadınlar üçün ipək yaylıqların hazırlanması və geyilməsi” Beynəlxalq Qeyri-maddi mədəni irsin müdafiəsi komitəsinin 9-cu sessiyasında Qeyri-Maddi Mədəni İrs siyahısına əlavə edilmişdir.

Azərbaycanın hər bir bölgəsi sırf həmin regiona məxsus xüsusi kələğayıları ilə öyünə bilər. Şirvan, Ordubad, Gəncə, Şəki və Qarabağda kələğayı hazırlama ev təsərrüfatının vacib bir hissəsi sayılırdı. Bununla belə, Basqal kəndi Azərbaycanın kələğayı toxuma üzrə paytaxtı hesab olunur.

Xalçaçılıq ən qədim zamanlardan bəri Azərbaycan mədəniyyətinin mühüm hissəsini təşkil edir. Baxmayaraq ki, Azərbaycanın müxtəlif regionları üçün xalçaların görünüşləri arasında xeyli fərq var, bir çox xüsusiyyətlər bütün Azərbaycan xalçaları üçün eynidir. Xalça toxucusu bütün dizayn elementlərini ön planda təsvir edir, çünki bütün bu elementlər eyni dərəcədə vacibdir.

Azərbaycan xalçaları əsasən dörd böyük region qrupuna bölünür: Quba, Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz.

Azərbaycan xalçaları Ermitajda, Londondakı Viktoriya Albert muzeyində, Nyu Yorkdakı Metropoliten muzeyində, Luvrda və Vatikanda nümayiş etdirilir. Milli xalçalarımızın ən böyük kolleksiyası xalçaçılığa həsr olunmuş nadir muzeylərdən biri – Azərbaycan Xalça Muzeyində toplanmışdır.

Azərbaycanın ən qədim kəndlərindən biri sayılan Lahıc əsasən misdən müxtəlif yüksək sənət nümunələrinin hazırlanmasına görə sənətkarlıq mərkəzi kimi tanınmışdır. Sənətkarlığın belə inkişafı burada həm bütün kəndin strukturunda, həm də insanların gündəlik həyatında silinməz bir iz qoymuşdur.

Burada mis istehsalı çox yüksək inkişaf səviyyəsinə çatmış və misdən qab-qacaq istehsalının ənənəvi metodları hələ də qalmaqdadır. Misgərliyin müvəffəqiyyətlə inkişafı müvafiq sənətlərin – dəmirçilik işlərinin və kömür istehsalının ortaya çıxması üçün əlverişli şərait yaratmışdır.

Misgərlik sənəti Misgər Bazar küçəsinin hər iki tərəfini əhatə edən Ağalı kvartalında daha çox mərkəzləşdirilmişdir. Mis qablar əsasən dükan kimi fəaliyyət göstərən evlərin fasadlarında müştərilərə təklif olunur. 2015-ci ildə Lahıc misgərlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə olunmuşdur.

Sabir Çopuroğlu öz əl işlərində xam neftdən istifadə edən nadir rəssamlardandır. Çopuroğlunun çəkdiyi rəsmlərdə ənənəvi Azərbaycan motivləri ilə yanaşı, ölkə iqtisadiyyatının əsasını təşkil edən müasir neft sənayesi simvollarını da görə bilərik.

Çopuroğlunun rəsmlərində neft təkcə vasitə deyil, həm də mövzudur. Onun rəsmlərində çox vaxt neft qurğuları, neftçilər və neftlə bol Xəzər dənizini, eləcə də Azərbaycanın digər mədəni simvolları olan Qız qalası, İpək yolu karvanları, xalçalar və milli musiqi alətlərini görmək mümkündür.

Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Tərkibindəki bioaktiv maddələrin hesabına naftalan nefti ağrıkəsici, antiseptik, iltihabəleyhinə, antihistaminik, damargenəldici xüsusiyyətləri ilə əzələ-sümük, ginekoloji, uroloji, əsəb, burun-boğaz-qulaq xəstəlikləri və bu kimi daha 70 xəstəliyin müalicəsində istifadə edilə bilər. Bu sağlamlıq-istirahət mərkəzi mükəmməl iqlim qurşağında yerləşir ki, bu da ilin istənilən fəsli bu kurortda dincəlmək, müalicə almaq və yüksək terapevtik nəticə almaq şanşı yaradır.

Əsrlər boyu duzun şəfalı gücündən yaşlanmanın qarşısını almaq, astma, allergik reaksiyalara və tənəffüs problemlərini müalicə etmək üçün istifadə olunmuşdur. Duz əsaslı müalicə tədbirləri Duzdağın mağara və yeraltı duz tunellərində təklif olunur.

Naxçıvandan 12 km məsafədə yerləşən Duzdağ, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Müasir Duzdağ Fizioterapiya Mərkəzi duz paneli ilə döşənmişdir və burada hava temperaturu 18-20 dərəcə, rütubət 24-50% arasında dəyişir. Duzdağ həm allergiya, həm də ağciyər xəstəliklərinin müalicəsi üçün Avropanın ən yaxşı sağlamlıq mərkəzlərindən biridir.

Azərbaycan hamamları toplaşmaq, dincəlmək və əylənmək üçün ideal seçimdir. Şəhərin mərkəzində yerləşən Ağa Mikayıl, Ağa Zeynal və Təzəbəy hamamları tarixi məkan olmaqla yanaşı, indi də əsl istirahət mərkəzləridir. Bəzi hamamlar sırf kişilər üçün nəzərdə tutulsa da, digərlərində sırf qadınlar üçün olan günlər də vardır.

Ənənəvi Azərbaycan hamamları daha çox qış aylarında rahatladıcı təsirə malik olan buxar vannaları qəbul etməzdən əvvəl isti suda yuyunmağı, daha sonra kisələnməyi təklif edir. Bütün hamam səfasına əlavə olaraq, çay süfrəsi də bu ənənənin bir hissəsidir.

Azərbaycanda ailəliklə aktiv qalmaq, dincəlmək və əylənmək üçün zəruri hər cür şərait mövcuddur. Qaçmağı və küləklə yarışmağı sevənlər Bakıda minlərlə insanın qatıldığı marafonda yarışa bilər.

Öz daxili səsinə qulaq asıb, sakitlik və hüzur tapmaq istəyənlər Bakının simvolu sayılan Dənizkənarı Bulvarda və Heydər Əliyev Mərkəzindəki yoqa dərslərinə qatıla bilərlər. Bakı Su idman sarayında dünya səviyyəli üzgüçülük ovuzlarında bütün ailə su aerobikası, su polosu, sinxron üzgüçülük və əyləncəli yarışlarda iştirak edə bilər.

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır. Qeyd edək ki, ölkə ərazisində balıq ovu üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı tələb olunur.

Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək mümkündür.

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır. Qeyd edək ki, ölkə ərazisində balıq ovu üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı tələb olunur.

Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək mümkündür.

Eyni vaxtda həm fizik, həm də mənəvi rahatlıq axtarışında olanlara at sürmək ən gözəl seçimdir. Bütün yaş qrupları üçün həm həvəskar, həm də peşəkar at sürmə xidmətləri göstərən atçılıq mərkəzləri həm Bakıda (Elit atçılıq klubu, Günay atçılıq klubu və s.), həm də Şəkidə mövcuddur. At sürməyin emosional və fiziki faydaları heç kəsə sirr deyil. At sürməklə insan ətraf mühitlə yaxından əlaqədə olmaq və daxili hüzur tapmaq imkanı əldə edir.