Azərbaycan Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

Dövlət vergiləri
Dövlət vergiləri
Muxtar respublika vergiləri
Muxtar respublika vergiləri
Yerli vergilər - bələdiyyə vergiləri
Yerli vergilər - bələdiyyə vergiləri

VERGİ QANUNVERİCİLİYİNDƏ İSLAHATLAR

1 yanvar 2019-cu il tarixindən etibarən vergi ödəyicilərinə münasibətdə bir sıra güzəştlər tətbiq edilmişdir:

Dəyişikliyə əsasən aylıq əmək haqqı 8000 manata (1 USD = 1,7 AZN) qədər olan vətəndaşlar gəlir vergisindən tam azaddırlar, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib. Qeyd edilən güzəşt 7 il müddətinə tətbiq ediləcəkdir.

Növbəti 7 il ərzində qeyri-neft sektorunun özəl bölməsinə münasibətdə sosial sığorta haqları üzrə yeni dərəcələr tətbiq olunacaqdır. Beləliklə, sosial sığorta haqqı dərəcəsi sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olduqda işçi üzrə 3 faiz, işəgötürən üzrə 22 faiz, 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissənin 10 faizi, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissənin 15 faizi həddində müəyyənləşdirilmişdir. Qeyd edilən dəyişiklik işəgötürənlərin vergi yükünün azaldılmasına yönəlib.

İstehlakçılar tərəfindən müxtəlif pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi istehlakçılara geri qaytarılacaqdır. Pərakəndə ticarət fəaliyyəti və ictimai iaşə xidməti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkarlar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılacaqdır.

Vergi ödəyicisinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 10 il müddətinə mənfəət vergisindən azaddır. Həmçinin qeyd etmək lazımdır ki, təhsil müəssisələrininmənfəəti (mənfəətin dividentlərin ödənilməsinə yönəldilən hissəsiistisna olmaqla)vergidənazad edilmişdir.

Ətraflı məlumat üçün bura daxil olun.