Azərbaycan Respublikasının ərazisində son 2 il ərzində fasiləsiz olaraq müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşama icazəsi almaq üçün vəsatət verə bilərlər. Bunun üçün şəxs, müvəqqəti yaşama müddətinin bitməsinə azı 3 ay qalmış ASAN Xidmət mərkəzlərinə müraciət etməlidir. Müraciətlərə baxılarkən əcnəbilərin (18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq komissiya tərəfindən yoxlanılır.
Daimi yaşama icazəsi 5 il müddətinə verilir və hər dəfə 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.